YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ölümü kamına çəkən şəhidlər…

Şabran rayonu Bor-bor kəndində Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Şahbazlı Əlikram Novruz oğlunun ildönümü mərasimi keçirilib.

Mərasimdə Yeni Azərbaycan Partiyası (YAP) Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov, Şabran Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyin İlyasov, RİH başçısının müavini İlkin Ağayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə şəhidin məzarını ziyarət edilib, üzərinə gül-çiçək dəstələri düzülüb, ruhuna dualar oxunub.

Sonra tədbir iştirakçıları şəhidin xatirəsinə inşa olunan abidə-bulaq kompleksini ziyarət edib, Vətən qəhrəmanının əziz xatirəsini böyük ehtiramla anıblar.