YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Enerji layihələri ölkənin inkişafına xidmət edir

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri.

Prezident İlham Əliyevin cari ilin 30 sentyabr tarixində Bolqarıstana rəsmi səfəri Azərbaycanın dünyada rolunun artmasından və mövqeyinin güclənməsindən xəbər verən bir səfər olmuşdur. Ölkə rəhbərinin avropalı liderlərlə təması və onların Azərbaycan rəhbərinə öz minnətdarlıqlarını bildirməsi Prezidentimizin yürütdüyü məqsədyönlü beynəlxalq siyasətin  bəhrəsi kimi dəyərləndirilir.

Ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsində, bu əlaqələrin yeni mərhələyə qədəm qoymasında, strateji əməkdaşlıq səviyyəsinə çatdırılmasında iki dost ölkənin Prezidentlərinin çox böyük rolu olmuşdur. Bu səfərə qədər də iki ölkə arasında xeyli sayda sənəd imzalanmış, bu sənədlər qarşılıqlı əməkdaşlığın inkişafı üçün möhkəm hüquqi baza yaratmışdır. Prezident İlham Əliyev Bolqarıstana sonuncu səfər zamanı əldə edilən razılaşmalar daha böyük əhəmiyyət kəsb etmişdir. Prezident çıxış edərək energetika, nəqliyyat, yeyinti sənayesi, kənd təsərrüfatı, turizim, informasiya texnologiyaları, humanitar və mədəniyyət sahəsində əməkdaşlığın 30 illik diplomatik fəaliyyət dövründə daha da inkişaf etdiyini vurğulamışdır.

Ümumiyyətlə, yaxın keçmişə nəzər salsaq görərik ki, Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin enerji hasilatı tarixində yeni mərhələ başlayıb. Azərbaycan  bu dövrdə təbii sərvətlərinə real şəkildə sahiblik hüququ qazanıb. Ümummilli lider Heydər Əliyevin 15 iyun 1993-cü ildə xalqın təkidli və tələbi ilə hakimiyyətə yenidən qayıdışından sonra Azərbaycanda bütün sahələrdə, o cümlədən enerji sektorunda böyük dirçəlişin əsası qoyuldu və milli maraqlara söykənən siyasət həyata keçirilməyə başlandı.

 Azərbaycan müstəqillik illərində öz enerji təhlükəsizliyinə sərmayə yatırıb, daxili bazarda tələbatları tam təmin edib və sayı artan ölkələrin enerji təhlükəsizliyində get-gedə daha mühüm rol oynamağa başlayıb. Dünyanın müasir enerji xəritəsi yalnız iqtisadi deyil, eyni zamanda mühüm siyasi konfiqurasiyaların formalaşmasına təsir etmişdir. Sənayenin yüksək sürətlə inkişafı ilə bağlı çağdaş iqtisadi tələblərin qarşılanması, həmçinin, ekosistemin mühafizəsinin təmin olunması hazırda çox mühüm amil olduğu üçün alternativ enerji mənbələrindən istifadə sürətlə artsa da dünya dövlətlərinin neft və qaza yenə  də ciddi ehtiyacı var. Bu reallıq əsas enerji istehlakçılarını, o cümlədən Avropa dövlətlərini yeni enerji istehsalçıları ilə qarşılıqlı, səmərəli tərəfdaşlıq münasibətləri qurmağa sövq edir. Mövcud enerji mənbələri içərisində isə Xəzər regionu dövlətləri, xüsusilə də Azərbaycan özünəməxsus mövqeyə sahibdir.

Bu nöqteyi nəzərdən Azərbaycanın Neft-Qaz ixracatçısı kimi dünya  xəritəsində mühüm rola malik bir ölkə kimi tanınması çox müsbət bir tendensiyadır. Bu sahədən ölkəyə daxil olan vəsaitin işğaldan azad edilən ərazilərin inkişafına və bərpasına, əhalinin maddi-rifah halının yüksəlməsinə yönəldilməsi ölkə Başçısının dövlətinə və xalqına verdiyi önəmin ifadəsidir.