Xəbərlər
Vyetnam Prezidenti Çıonq Tan Şanq Azərbaycanda rəsmi səfərdədir
Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanq mayın 13-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Vyetnam Prezidenti Çıonq Tan Şanqı və xanımı May Thi Hanı hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.
Ali qonaq aeroportda Vyetnamın Azərbaycanda fəaliyyət göstərən diasporunun üzvləri tərəfindən coşqu ilə qarşılandı.