YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlik ən müqəddəs zirvədir!

Biləsuvarda 44 günlük Vətən müharibəsində igidliyi ilə tarix yazan qəhrəman oğullardan olan Vətən Müharibəsi Qəhrəmanı şəhid Əkbərov Orxan Nadir oğlunun, şəhid Bayramov Elmin Elməddin oğlunun, şəhid Əlizadə Ruslan Arif oğlunun, şəhid Kərimov Elvin Mürşüd oğlunun və şəhid Sarıyev Vüqar Fikrət oğlunun şəhadətlərinin ikinci ildönümü qeyd olunub.

Anım mərasimlərində Yeni Azərbaycan Partiyası (YAP) Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Biləsuvar Rayon İcra Hakimyyəti başçısının birinci müavini Azər Cəfərli, SHXÇDX-nın Biləsuvar rayon şöbəsinin rəisi Nağı Cəfərov, partiya fəalları, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidlərimizin əziz xatirələri ehtiramla anılıb, ruhlarına dualar oxunub.