YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pərviz Şahbazov: Dayanıqlı enerji təhlükəsizliyi üçün elektrik enerjisi üzrə regional əməkdaşlığın gücləndirilməsi vacibdir

Dayanıqlı enerji təhlükəsizliyi üçün elektrik enerjisi üzrə regional əməkdaşlığın gücləndirilməsi çox vacibdir.

Bu sözləri Tbilisidə səfərdə olan Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov Gürcüstanın iqtisadiyyat naziri Levan Davitaşvili ilə görüşdə söyləyib.

Nazir, bu xüsusda Qara dəniz sualtı elektrik və rəqəmsal qoşulma layihəsinin mühüm rol oynayacağını bildirib.

P.Şahbazov deyib ki, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı əhatə edəcək bu layihə birgə enerji təhlükəsizliyi layihələrimizin davamı olmaqla, Avropanın təchizat mənbələrini şaxələndirəcək. Bu layihənin gerçəkləşməsinə Azərbaycanın Xəzər dənizindəki nəhəng külək enerjisi potensialı, irihəcmli istehsal güclərinin yaradılması ilə bağlı atılan addımlar, həmçinin Avropa İttifaqı və Dünya Bankının dəstəyi təminat yaradır.