YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cənubi Qafqazda sülh və sabitlik naminə...

Azərbaycan Prezidenti İlham Əliyevin Praqaya səfəri, keçirdiyi görüşlər və “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində “Avropa qitəsində sülh və təhlükəsizlik” mövzusunda dəyirmi masada çıxışı, eləcə də televiziya kanallarına müsahibəsi zamanı söylədiyi fikirlər Gürcüstan mətbuatının diqqət mərkəzində olub.

İnterpressnews.ge, 24news.ge, apsny.ge, newsgeorgia.ge, kavkasia.net, aktual.ge, interpress.ge informasiya portalları və digər mətbuat orqanlarında silsilə materiallar dərc olunub.

Azərbaycan, rus, ingilis və gürcü dillərində dərc olunan materiallarda oxuculara Prezident İlham Əliyevin Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması baxımından Azərbaycan-Gürcüstan-Ermənistan formatında vahid müzakirə platformasının yaradılması, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması və digər məsələlərlə bağlı fikirləri çatdırılır.

Prezident İlham Əliyevin çıxışlarından verilən sitatlarda deyilir: “Öz öhdəliyini pozmaq - əlbəttə, son dərəcə biabırçı faktdır. Lakin biz hələ səbir göstəririk, təmkin göstəririk. Əminəm, biz buna da nail olacağıq, yaxşı olardı ki, gec deyil, tez olsun”.

Eyni zamanda materiallarda o da bildirilir ki, beş prinsiplə bağlı nə erməni tərəfinin, nə də Avropa Şurasının heç bir sualı yoxdur.