YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bərdədə şəhid müəllimlərin ailələri ziyarət olunub

Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının üzvləri Bərdə şəhərində Ermənistanın törətdiyi terror nəticəsində həlak olan şəhər 1 nömrəli tam orta məktəbin müəllimi şəhid Fuad İsmayılovun və şəhər internat təmayüllü gimnaziyanın müəllimi şəhid Şəhriyar Mehdiyevanın ailələrini, Vətən müharibəsi şəhidi polkovnik-leytenant Mehman Qəmbərovun qardaşı, Qarağacı kənd məktəbinin müəllimi Cavid Qəmbərovu ziyarət ediblər.

Beynəlxalq Müəllimlər Günü ərəfəsində keçirilən görüş zamanı Ermənistanın ölkəmizə qarşı apardığı təcavüzkar siyasətdən, beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq mülki əhalinin yaşadığı məntəqələri atəşə tutmasından danışılıb. Söhbət zamanı YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya bildirib ki, Bərdə şəhəri və rayonun kəndləri 2020-ci oktyabrın 5-i, 8-i, 27-si, 28-i, eləcə də noyabrın 7-də Ermənistan Ordusunun raket və ağır artilleriya hücumlarına məruz qalıb. Bərdə rayonunda törədilən terror aktları nəticəsində 28 nəfər həlak olub, 108 nəfər yaralanıb.

Qeyd edilib ki, 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi ilə erməni faşizminə son qoyuldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tarixi Qələbə qazanaraq ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, şəhidlərimizin qisası alındı. Qəhrəman oğullarımızın Vətən uğrunda göstərdiyi fədakarlıqlar dövlətimiz tərəfindən yüksək qiymətləndirilir.