YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Milli Şəhərsalma Forumu ikinci günündə mədəni, ekoloji və iqtisadi mövzularda sessiyalarla davam edir

Oktyabrın 6-da ADA Universitetində Azərbaycan Milli Şəhərsalma Forumu mədəni, ekoloji və iqtisadi mövzularda sessiyalarla davam edir.

Forumun ikinci günündə şəhərlərin ekoloji cəhətdən davamlı inkişafı, mədəni və tarixi irsin münaqişədən sonra bərpası, "ağıllı" və "yaşıl" yeniliklərə doğru, "yaşıl iqtisadiyyat" kimi mövzulara toxunulur, bu istiqamətlərdə müzakirələr aparılır.

Qeyd edək ki, İlk Milli Şəhərsalma Forumu 44 günlük Vətən müharibəsi zamanı işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan şəhərsalma, bərpa və quruculuq işlərinin, burada tətbiq olunan texnologiyaların, unikal təcrübənin və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında xüsusi əhəmiyyət kəsb edir.

Qırx dörd ölkədən 130-dan çox nümayəndənin, ümumilikdə isə 400 nəfərdən çox iştirakçının qatıldığı Azərbaycan Milli Şəhərsalma Forumu şəhərsalma sahəsində dünyanın müxtəlif ölkələrindən olan sahə mütəxəssislərinin təcrübələrinin bölüşülməsi və dayanıqlı inkişafın təmin edilməsi üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından da nadir və uğurlu platformadır.