YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Böyük Britaniyanın“Diplomat” jurnalının may-iyun sayı “Bakı-2015” Birinci Avropa Oyunlarına həsr edilib

Böyük Britaniyada nəşr edilən “Diplomat” jurnalının may-iyun sayı “Bakı-2015” Birinci Avropa Oyunlarına həsr edilib.

Xüsusi nəşr 11 səhifə olmaqla, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə hazırlanıb.

Jurnalın xüsusi sayında Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovla müsahibə, eləcə də Avropa Olimpiya Komitəsinin prezidenti Petrik Hiki və “Bakı-2015” Birinci Avropa Oyunlarının baş əməliyyat direktoru Saymon Kleqqin yazıları yer alıb.

Bundan başqa, jurnalda səfir Tahir Tağızadənin bu idman hadisəsinin əhəmiyyəti barədə oxuculara xüsusi mesajı və “Diplomat” jurnalının redaktoru V. Kuffelerin geniş yazısı dərc edilib.

Xüsusi nəşrdə Azərbaycanın beynəlxalq olimpiya hərəkatında iştirakı və indiyə qədər əldə etdiyi nailiyyətlər, eləcə də “Bakı-2015” Birinci Avropa Oyunlarının qrafiki, yeni tikilən idman qurğuları, yenilənən infrastruktur və iştirak edəcək idmançılar haqqında ətraflı məlumatlar verilib.

Qeyd edək ki, 1948-ci ildə təsis edimiş “Diplomat” jurnalını başda Londondakı diplomatik korpusun üzvləri olmaqla, Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvləri, o cümlədən Lordlar Palatasının xarici məsələlərlə məşğul olan üzvləri, Avropa İttifaqının komissarları, yüksək vəzifəli şəxsləri və Avropa Parlamentinin üzvləri oxuyurlar.