YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Almaniyada Beynəlxalq Nəqliyyat Forumunun illik sammitində təmsil olunacaq

Almaniyanın Leypsiq şəhərində Fransanın sədrliyi ilə Beynəlxalq Nəqliyyat Forumunun növbəti illik sammiti keçiriləcək. Sammit 21-23 may tarixlərində baş tutacaq.

Nəqliyyat Nazirliyindən verilən  məlumata görə, "Dəyişən dünya üçün nəqliyyat" mövzusuna həsr edilmiş Forumda üzv ölkələrin nəqliyyat nazirləri, hökumət nümayəndələri, iş adamları, beynəlxalq təşkilatların nümayəndələri, elm adamları və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı nəzərdə tutulub.

ITF-nin illik sammitində Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun rəhbərliyi ilə nümayəndə heyəti də iştirak edəcək.