YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İmişlidə yaralı hərbçi ziyarət olunub

İmişli rayonu Məzrəli kəndində 12-14 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində törətdikləri təxribat nəticəsində yaralanan hərbi qulluqçu Xəlilov Süleyman Havasət oğlunun qarşılanma mərasimi keçirilib.

Uzun müddət hospitalda müalicə alan Süleyman Xəlilovu Yeni Azərbaycan Partiyası (YAP) İmişli rayon təşkilatının sədri Səfa Ağayev, İmişli Rayon İcra Hakimiyyətinin əməkdaşları evində qarşılayıblar.

Rayon təşkilatının sədri Səfa Ağayev yaralı hərbçilərimizə Allahdan şəfa diləyərək bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun döyüş meydanında göstərdiyi qəhrəmanlıq xalqımızın qürur yerinə çevrilib. Bu gün hər bir Azərbaycan əsgəri bədnam qonşumuzun istənilən təxribatına layiqincə cavab vermək gücündə və qüvvəsindədir.

Daha sonra hərbi qulluqçunun ailə üzvlərinin qayğıları dinlənilib, onların sosial-məişət problemlərinin həlli istiqamətində lazımi tədbirlər görülüb.

DİGƏR Xəbərlər Arxiv