YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin Mustafayev: Azərbaycanın təşəbbüsü və iştirakı ilə regionda həyata keçirilən iri layihələr sülhə, firavanlığa xidmət edir

Azərbaycanın təşəbbüsü və iştirakı ilə regionda həyata keçirilən iri layihələr sülhə, firavanlığa, regionda yaşayan xalqların rifahına xidmət edir. Bununla belə, regional inkişafa ciddi maneələr də var. Ermənistanın işğalçı siyasəti onu regional inkişaf proseslərindən kənarda qoyur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması regional əməkdaşlığın inkişafına ciddi maneə, regionda sülhə, əmin-amanlığa ən ciddi təhdiddir.

Bu barədə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev mayın 12-də Bakıda keçirilən B20 Azərbaycan Regional Məsləhətləşmə Forumunda çıxışında qeyd edib.

“Sədrlik edən ölkə kimi Türkiyənin G20-yə qonaq ölkə qismində Azərbaycanı dəvət etməsi ölkələrimiz arasındakı yüksək strateji əməkdaşlıq və dostluq münasibətlərini bir daha təsdiq edir. Fürsətdən istifadə edərək bu qərara görə təşəkkürümüzü bildirmək istərdik”, - deyə nazir diqqətə çatdırıb.