YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid qanı axmayan torpaqdan Vətən olmaz!

Şabranda 44 günlük Vətən müharibəsi şəhidi Ağaquliyev İlkin Saməddin oğlunun doğum günü qeyd edilib.

Bu münasibətlə keçirilən mərasimdə Yeni Azərbaycan Partiyası (YAP) Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov, Şabran Rayon İcra Hakimiyyəti başçısının müavini İlkin Ağayev, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fuad Quliyev, şəhid ailələri, partiya fəalları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə rayonun Şəhidlər xiyabanında şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında igid oğullarımızın döyüş meydanında göstərdikləri şücaətin bu gün hər kəs üçün nümunə olduğu qeyd olunub.

Daha sonra tədbir iştirakçıları şəhidin ailəsinə baş çəkib, onların qayğı və problemləri ilə maraqlanıblar.