YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ziyafət Əsgərov: Azərbaycan xalqı, dövləti öz yolu ilə- müstəqil inkişaf yoluyla gedir və bu yolda da heç kim bizə mane ola bilməz

«Çox təəssüflər olsun ki,ilk Avropa Oyunları ərəfəsində bəzi beynəlxalq təşkilatlar və Azərbaycanda olan bəzi qeyri-hökumət təşkilatları qarayaxma kampaniyasına qoşulublar. Biz hələ bir neçə il bundan əvvəl Azərbaycanda “Eurovizion” mahnı müsabiqəsi keçirilərkən bu qarayaxma kampaniyasının şahidi olmuşuq. Təəssüf edirəm ki, bu qarayaxma kampaniyasına qoşulanlar Azərbaycanı gözdən salmaq istəyirlər. Biz bu oyunları, bu məsuliyyəti öz üzərimizə götürmüşüksə, əslində buna görə bizə sağ ol deməlidirlər». Bu fikirləri Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

Z.Əsgərov bildirib ki, bu qədər məsuliyyəti, Oyunların bu qədər yüksək səviyyədə təşkil olunmasını öz üzərinə götürmək, doğrudan da, məsuliyyətli bir işdir. Onun sözlərinə görə, amma biz bunun tamamilə əksini görürük, Azərbaycana qarşı kampaniyalar heç vaxt öz məqsədinə çatmayacaq.

«Azərbaycan öz iqtisadi inkişafı, siyasi nüfuzu ilə  dünyada  özünəməxsus olan yerin tutub və inanırıq ki, bu oyunlar yüksək səviyyədə keçiriləcək. Əslində, bizim bu Oyunları yüksək səviyyədə təşkil etməyimiz və onu həyata keçirməyimiz elə onlara-anti-Azərbaycan kampaniyasını başlayanlara tutarlı, layiqli cavab olacaq. Bu Oyunların Azərbaycana verəcəyi ən mühüm göstəricilərdən biri Azərbaycan xalqının öz dövlətinə inamının daha da möhkəmləndirilməsidir, Azərbaycan xalqının özünə güvənməsidir. Bir vaxtlar, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda hansı vəziyyət var idi?

Ulu öndərimiz anti-Azərbaycan qüvvələrinə bir daha sübut etdi ki, Azərbaycan xalqı bu xaosdan çıxa bilər. Azərbaycan xalqı müstəqil, güclü dövlət qura bilər. Azərbaycan xalqı öz Konstitusiyasını qəbul edə bilər və fəxrlə deyə bilərəm ki, Ulu öndərin kursu bu gün də uğurla davam edir. Və o kursun əhəmiyyəti də ondan ibarətdir ki, Azərbaycan xalqı Ulu öndərimizin yolunu, kursunu davam etdirərək, həm də kosmos dövləti ola bilər, “Eurovizion” mahnı müsabiqəsi keçirilə bilər, müxtəlif mədəniyyət, incəsənət tədbirləri keçirə bilər. Nəhayət, ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi bu bir daha onu sübut edir ki, Azərbaycan xalqı özünə inanır, Azərbaycan dövləti möhtərəm Prezidentimizin rəhbərliyi ilə özünə güvənir və bu tədbirləri yüksək səviyyədə həyata keçirir. Hesab edirəm ki, əsas dividendimiz ondan ibarət olcaq ki, bu, xalqımızla dövlətimizin, Prezidentimizin arasında olan sıx bağlılığın bir daha bariz nümunəsini göstərəcək və həm də onu göstərəcək ki, nə qədər qarayaxmalar olsa belə, Azərbaycan xalqı, dövləti öz yolu ilə- müstəqil inkişaf yoluyla gedir və bu yolda da heç kim bizə mane ola bilməz»- deyə, Z.Əsgərov vurğulayıb.