YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yasamalda 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatında 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Veteranlar Şurasının üzvü, AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, elmlər doktoru Misir Mərdanov, YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Elman Nəsirov, AMEA Mərkəzi Elmi Kitabxananın direktoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyev, rayon təşkilatının əməkdaşları, ərazi partiya təşkilatlarının sədrləri, partiya fəalları və Yasamal rayon məktəblərinin müəllim kollektivi iştirak edib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü ilə bağlı videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev ulu öndər Heydər Əliyevin “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” və “Təhsil millətin gələcəyidir!” dahi kəlamlarına istinad edərək bildirib ki, Ümummilli Lider ölkəmizdə iqtisadiyyatın, elm, təhsil və mədəniyyətin tərəqqisini təmin edib, gələcək inkişaf üçün güclü təməl yaradıb. Bu gün ümummilli lider Heydər Əliyevin yaratdığı möhkəm təməl Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir.

YAP Veteranlar Şurasının üzvü Misir Mərdanov və YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisinin deputatı Elman Nəsirov vurğulayıblar ki, ulu öndər Heydər Əliyevin uzaqgörənliklə söylədiyi konseptual fikirlər və ideyalar, tarixi tövsiyələr bu gün də ölkəmizdə təhsil sahəsində islahatların əsas istiqamətlərinin müəyyənləşdirilməsinə öz töhfəsini verməkdədir. Bu istiqamətdə Prezident İlham Əliyevin uğurlu fəaliyyəti xalqımız tərəfindən təqdir edilir. Qeyd olunub ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə təhsillə bağlı bir çox önəmli layihə və proqramlar həyata keçirilir.

YAP Yasamal rayon təşkilatı “A.M.Şərifzadə küç.173” ünvanı üzrə ərazi partiya təşkilatının sədri, 13 nömrəli məktəbin direktoru, əməkdar müəllim Yaqut Sadıqova və “M.Seyidov küç.27” ünvanı üzrə ərazi partiya təşkialtının sədri, 21 saylı məktəbin direktoru Elza Bağırzadə çıxışlarında elm, təhsilin inkişafında və müəllim kollektivinin dövlət qayğısı ilə əhatə olunmasında ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin əvəzsiz xidmətlərindən bəhs ediblər.

Tədbirin sonunda bir qrup müəllim heyətinə fəxri fərman və hədiyyələr təqdim edilib.