YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yevlaxda şəhidlərin xatirəsi əbədiləşdirilir

Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatı və Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Belə ki, Şəhidlər xiyabanında abidə və bulaqlar inşa edilib, şəhidlərin xatirəsinə 2 kitab çap olunub, şəhidlərin yaşamış olduqları binalara, evlərə barelyeflər vurulur, küçələrə adları verilir, şəhid adlarının məktəblər verilməsi üçün qanuna müvafiq qaydada aidiyyəti qurumlar qarşısında vəsatət qaldırılıb.

Şəhidlərin xatirəsinə növbəti abidə rayonun Kövər kəndində inşa edilib. Abidənin açılışına həsr edilmiş tədbirdə YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, Dövlət Təhlükəsizlik Xidmətinin Yevlax şəhər şöbəsinin rəisi İlqar Bağırov, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin rəisi mayor Samir Qurbanov, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələri, qazilər, müharibə veteranları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Yevlax ŞİH başçısı Anar Tağıyev bildirib ki, şəhidlərimizin əziz xatirələri xalqımız tərəfindən daim uca tutulur. Diqqətə çatdırılıb ki, şəhidlərimizin əziz xatirələri Yevlaxda da sonsuz ehtiram və hörmətlə yad edilir. Onların xatirələrinin əbədiləşdirilməsi, yaşadığı binaların qarşısında, oxuduğu məktəblərdə xatirə komplekslərinin, guşələrin yaradılması istiqamətində bir sıra işlər həyata keçirilib və bu işlər bu gün də davam etdirilir. Yeni inşa edilən bu abidə də Vətən müharibəsində Yevlax rayonundan şəhid olmuş qəhrəman oğullarımızın müqəddəs ruhlarına əbədi xatirədir.

Tədbirdə şəhər Mədəniyyət Mərkəzinin əməkdaşları və Kövər kənd tam orta məktəbinin şagirdləri tərəfindən şəhidlərin xatirəsinə həsr olunmuş kompozisiya nümayiş etdirilib, şeirlər səsləndirilib, abidənin önünə gül dəstələri qoyulub.

Vətən müharibəsi şəhidi Sənan Səmədlinin atası Fikrət Səmədov çıxışında şəhid ailələrinə və qazilərə göstərdikləri böyük qayğı və diqqətə görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib.