YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlərin xatirəsi qürurla yad edilir

Masallı rayonu Sığdaş kəndində Vətən müharibəsi şəhidi Salayev Amid Yadulla oğlunun əziz xatirəsi yad edilib.

Amid Salayevin şəhadətinin ildönümü ilə əlaqədar keçirilən mərasimdə Yeni Azərbayan Partiyası (YAP) Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini- Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Adəm Məhərrəmov, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Afəddin Kərimov, partiya fəalları, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri iştirak ediblər.

Tədbir iştirakçıları Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirələrini ehtiramla anıb, ruhlarına dualar oxuyublar.