YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid ailəsinin qayğıları dinlənilib

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatında Vətən müharibəsi şəhidi, kapitan Hüseynzadə Həmidağa Bağı oğlunun ailəsi ilə görüş keçirilib.

Görüşdə şəhid ailəsinin qayğıları dinlənilib.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən şəhid Həmidağa Hüseynzadə ölümündən sonra “Qarabağ” ordeni və “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.