YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Feysal bin Fərhan Al Səud: Ölkələrimiz arasında daha güclü əməkdaşlığın qurulması üçün böyük imkanlar var

Ölkələrimiz arasında mövcud olan güclü dostluq əsasında görülə biləcək işlərimiz çoxdur və potensialımız daha böyükdür.

Bu barədə Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Feysal bin Fərhan Al Səud Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə bildirib.

Azərbaycan Prezidentinin rəhbərliyi və təlimatları əsasında son bir neçə ayda bir sıra iqtisadi məsələlərdə irəliləyişə nail olunduğunu qeyd edən nazir deyib: “Siyasi səviyyədə və xalqlarımız arasında güclü əlaqələrə baxmayaraq, iqtisadiyyat sahəsində görüləcək işlər çoxdur. Ticarət dövriyyəmiz aşağıdır və qarşılıqlı sərmayə qoyuluşu da hər iki ölkənin iqtisadi potensialına uyğun deyil”.

Feysal bin Fərhan Al Səud vurğulayıb ki, son iki ildə Azərbaycan ciddi iqtisadi artıma nail olub və Səudiyyə Ərəbistanı Krallığı kimi böyük uğurlara imza atıb: “Biz Səudiyyə Ərəbistanında inanırıq ki, mövcud olan qardaşlıq münasibətlərimizin təməli üzərində daha güclü əməkdaşlığın qurulması üçün böyük imkanlar var”.