YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlərimizi dərin ehtiramla anırıq!

Vətən müharibəsi şəhidi Gədəbəy rayonunun Cəfərli kənd sakini Həsənov Röyal Arzu oğlunun şəhadətinin ildönümü münasibətilə xatirəsi anılıb.

Yeni Azərbaycan Partiyası (YAP) Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev, Gədəbəy Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri, Gədəbəy rayon hüquq-mühafizə orqanlarının əməkdaşları və kənd sakinləri Çobankənd kəndində şəhidin adına inşa olunan bulağın açılış mərasimində iştirak ediblər.

Daha sonra şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub, əziz xatirəsi böyük ehtiramla yad edilib.

Şəhidin atası göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

DİGƏR Xəbərlər Arxiv