YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlərimizin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq!

Ağsu rayonu Axundlu kəndində torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalan igidlərimizdən biri Ələsgərov Niyaməddin Süleyman oğlunun anım mərasimi keçirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Ağsu rayon təşkilatının sədr müavini Altun Şeydayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Aqşin Xancanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə nümayəndəsi Tural Vahidov, şəhidin yaxınları, şəhid ailələri, Vətən müharibəsi qaziləri, müharibə iştirakçıları və kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Axundlu kənd qəbiristanlığında şəhidin məzarı ziyarət olunub, önünə gül dəstələri qoyulub, ruhuna dualar oxunub.

Tədbirdə çıxış edənlər şəhidimizin keçdiyi şərəfli döyüş və ömür yolundan bəhs ediblər.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, şəhid Niyaməddin Ələsgərov 1989-cu il aprelin 13-də Ağsu rayonunun Axundlu kəndində anadan olub. 2020-ci il oktyabrın 3-ü Göygöl rayonu, Toğana kəndi istiqamətində gedən döyüşlərdə hərbi əməliyyatlar zamanı şəhid olub. Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, o, ölümündən sonra “Hərbi xidmətlərə görə”, “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.