YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlərin xatirəsi ehtiramla anılıb

Tərtər rayonunun Hacıqərvənd kəndindən Mirzəli Rəşad Hafiz oğlunun, Qaradağlı kəndindən Hüseynov Aslan Malik oğlunun, Mamırlı kəndindən Babazadə Mirşəmsi Elşad oğlunun, rayonun Bəyimsarov kəndində məskunlaşan və əslən Kəlbəcərdən olan Mustafayev Əlizamin Baxış oğlunun şəhadətlərinin ikinci ildönümü münasibətilə xatirələri anılıb.

Anım mərasimlərində Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, RİH başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfov, partiya fəalları, şəhid ailələri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Görüşlərdə şəhidlərin şərəfli həyat və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalmalarından bəhs edilib, şəhid ailələrinin qayğı və problemləri dinlənilib.

Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.