YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlərin xatirəsi qəlblərdə əbədi yaşayır

Ağstafada Vətənin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Piriyev Elşən Şəfalət oğlunun anım mərasimi keçirilib.

Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının əməkdaşları, Ağstafa Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ariz Qədiməliyev, Ağstafa rayon Gənclər və İdman idarəsinin rəisi Əziz Məsmalıyev, “Ağstafa Gənclər evi” Sosial Xidmət müəssisəsinin direktoru Nicat Vəkilov, Ağstafa RİH yanında İctimai Şuranın sədr müavini Teymur Əliyev, Keşikçidağ Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Musa Mursaquliyev, partiya fəalları və rayon ictimaiyyətinin nümayəndələri Kolxəlfəli kənd qəbiristanlığında şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.

Tədbir çərçivəsində şəhidimizlə eyni məzarlıqda uyuyan Tovuz döyüşləri şəhidi İsmayılov Nazim Əfqan oğlunun, Vətən müharibəsi şəhidləri Kazımov Ruslan Mustafa oğlunun və Mədədov Asif Nəsir oğlunun da məzarları ziyarət olunub, məzarları önünə gül dəstələri düzülərək əziz xatirələri yad edilib.

Daha sonra tədbir iştirakçıları Elşən Piriyevin ailə üzvlərini ziyarət edərək onlara dərin hüznlə başsağlığı verib, onların qayğıları ilə maraqlanıblar.

Söhbət zamanı şəhidimizin keçdiyi şərəfli həyat və döyüş yolundan geniş bəhs edilib.

Şəhidin ailəsi dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Elşən Piriyev 2020-ci il oktyabr ayının 2-də Vətən müharibəsi döyüşlərində şəhidlik zirvəsinə yüksəlib. Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən o, ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

DİGƏR Xəbərlər Arxiv