YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlərimiz qəlbimizdədir!

Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Məmmədov Taleh Arif oğlunun, Hacıyev Rüstəm Firqani oğlunun, mülki şəhidlər İbrahimov Şahin Mahmud oğlunun və Mehdiyeva Ayna Məhəmmədəli qızının xatirələri anılıb.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının məsul əməkdaşları, ictimaiyyət nümayəndələri şəhidlərin ailələrinə baş çəkib, onların qayğı və problemləri ilə maraqlanıblar.

Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.