YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Adlarını tarixə əbədi yazdıran şəhidlər

Vətən müharibəsi qəhrəmanları baş leytenant Məmmədov Cavad Səfiyar oğlunun və Məhərrəmli Fuad Füzuli oğlunun şəhadətə ucalmalarının ildönümü ilə əlaqədar məzarları ziyarət edilib,

Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları Göygöl rayonundakı Şəhidlər xiyabanında şəhidlərin xatirəsini ehtiramla yad edərək, məzarları önünə gül dəstələri qoyublar.

Qeyd edək ki, Cavad Məmmədov 2020-ci il sentyabrın 28-də Murovdağ istiqamətində, Fuad Məhərrəmli isə Cəbrayıl rayonunun Nüzgar kəndi istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə yüksəliblər.

Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə şəhid baş leytenant Cavad Məmmədov ölümündən sonra 3-cü dərəcəli “Rəsadət” ordeni, “Vətən uğrunda” və “Hərbi xidmətlərə görə” medalları, Fuad Məhərrəmli isə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.