YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şuşada bərpa olunan hər qarış torpaq şəhidlərimizin ruhuna ithafdır

Müşfiq Cəfərov

Milli Məclisin deputatı

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Şuşaya növbəti səfəri baş tutub. Ötən səfərdə bir sıra obyektlərin təməlqoyma mərasimi olmuşdu, indi isə həmin yerlərdəki tikinti işləriylə yerindəcə tanışlıq olub. Qarabağ sürətli şəkildə birbaşa ölkə baçısının nəzarətilə bərpa olunur.

Şuşada Mehmandarovların malikanə kompleksində aparılan bərpa işlərinin gedişi ilə tanış olunub. Malikanənin təmirinə Heydər Əliyev Fondu tərəfindən 2021-ci ilin oktyabrından başlanıb. Bu günə kimi bir çox işlər görülən bu yaşayış kompleksi demək olar ki tamamilə orjinallığına və qədimilliyinə sadiq qalaraq bərpa olunur.

28 sentyabr günü ölkə başçısının Qarabağa olan səfərinin məhz Füzulidən başlaması, 44 günlük müharibə zamanı ilk şəhidlərimizin adına abidənin ucaldılması müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda canından keçən qəhrəman oğullarımıza hörmət və ehtiramın nümunəsidir. Azərbaycan dövləti daim şəhidlərinin xatirəsini uca tutub. 44 gündə ən böyük amal Qarabağın incisi Şuşanın azad olunması idi. Məhz Qaraxanbəyli kəndindən Şuşaya gedən yol başlamışdı. Buna görə də səfər Qaraxanbəylidən, ilk azad olunan doğma torpaqlardan başladı. Bu gün Şuşada bərpa olunan hər qarış torpaq şəhidlərimizin ruhuna ithafdır. Bildiyiniz kimi Şuşanın necə böyük qəhrəmanlıqla azad olunması xarici mediada da uzun müddət müzakirələrə səbəb oldu. Həmin vaxt Azərbaycan ordusu misli görünməmiş qəhrəmanlıq göstərdi.

Ölkə başçısının tez-tez Qarabağa olan səfəri həm də beynəlxalq aləmə mesajdır ki, biz öz ərazilərimizdən hansı ki, 3 minə yaxın şəhid qanı bahasına azad etdiyimiz torpaqlardan bir addım belə geri çəkilməyəcəyik. Bu gün qurub-yaradan Azərbaycan dövləti, öz doğma yurdunu daim qoruyacaq, 3 rəngli bayrağını Şuşada dalğalandıracaqdır. İndi Azərbaycanın reallığı bütün dünyada qəbul olunub, bu da Azərbaycanın artan iqtisadi və siyasi gücünün bəhrəsidir.