YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tərtərdə şəhidlərin xatirəsi yad olunub

Tərtərdə Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Məhərzadə Taleh Oqtay oğlunun, Aslanov Xəyal Qüdrət oğlunun, Əzizov Ayşad Qaryağdı oğlunun, Hüseynov Eşqin Cəsarət oğlunun, Əliyev Elməddin İlqar oğlunun şəhadətlərinin ildönümləri ilə əlaqədar məzarları ziyarət olunub.

Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının sədr müavini Azər Ağayev, təşkilat əməkdaşları, ərazi partiya təşkilat sədrləri, partiya fəalları, şəhid ailələri, ictimaiyyət nümayəndələri, kənd sakinləri şəhidlərin məzarları üzərinə gül-çiçək dəstələri düzüb, ruhlarına dualar oxuyublar.

Həmçinin mülki şəhidlər rayonun Mamırlı kəndindən Abbasov Xaliq Asif oğlunun, onun qardaşı Abbasov Elşən Asif oğlunun və Əliyev Mehman Sovet oğlunun da xatirələri anılıb.

Şəhidlərin şərəfli həyat və döyüş yollarından bəhs edilib, şəhid ailələrinin qayğı və problemləri dinlənilib.