YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlər qan yaddaşımızdır!

Gədəbəydə Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda canından keçən minlərlə igid oğullardan biri Ələsgərov Seymur Əli oğlunun şəhadətinin ildönümü ilə əlaqədar xatirəsi anılıb.

Yeni Azərbaycan Partiyası (YAP) Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev, Gədəbəy Rayon İcra Hakimiyyətinin məsul işçiləri, ictimaiyyət nümayəndələri Novosaratovka kəndində şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.

Şəhidin atası dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.