YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Haqq savaşında Zəfər qazandıq

Kamilə Əliyeva 

Milli Məclisin deputatı, professor

Vətən müharibəsində qəhrəman oğullarımız Vətən, torpaq uğrunda canlarından keçdilər. Şəhidlərimiz oz canlarını qurban verdilər ki, yurdumuzun torpaqları düşmən tapdağı altında qalmasın, Azərbaycan xalqı dünyada məğrur, qalib xalq kimi tanınsın. Haqq savaşında Zəfər qazandıq. Torpaqlarımızı işğaldan azad etdik və Azərbaycan xalqı bundan sonra qalib, məğrur xalq kimi əbədi yaşayacaq. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında döyüş meydanında istər I, istərsə də II Qarabağ müharibəsində şəhid olmuş hərbiçilərimizin, dinc sakinlərimizin qisasını düşməndən aldı, onların qanı yerdə qalmadı. Artıq işğaldan azad edilmiş torpaqlarımızı dirçəldirik. Erməni vəhşiləri tərəfindən viran qoyulmuş şəhər və kəndlərimizi yenidən qururuq.

Vətən müharibəsində şəhid olmuş igid oğullarımızın xatirəsini xalqımız hər zaman uca tutur. Prezident İlham Əliyev bütün çıxışlarında müharibədə şəhid olmuş hərbiçilərimizin xatirəsinin yad edilməsini, onların adlarının əbədiləşdirməli olduğunu vurğilayır. Prezident İlham Əliyevin Vətən müharibəsinin başlandığı gün - 27 sentyabrın Azərbaycanda Anım Günü kimi qeyd edilməsi barədə imzaladığı Sərəncam şəhidlərimizə göstərilən böyük ehtiramın nümunəsidir. 2021- ci il sentyabrın 27-də şəhidlərin xatirəsinə həsr olunmuş yürüşdə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəhid hərbiçimizin və şəhid körpə övladımızın şəkillərini əllərində tutaraq öndə addımladılar. Bu il sentyabrın 27-də Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva Füzuli rayonunun Qaraxanbəyli kəndinin yaxınlığında şəhidlərimizin şərəfinə qaya parçasından ucaldılmış abidəni ziyarət etdilər və burada Prezident İlham Əliyev çıxış etdi.  Müharibənin ilk günü Qaraxanbəyli və daha 5 kəndimiz işğaldan azad edilmişdir. Füzuli rayonunda ermənilər çox böyük müdafiə xətti yaratmışdılar. Bu müdafiə xəttlərini yarmaq üçün ordumuzun əsgər və zabitləri böyük qəhrəmanlıq və şücaət göstərdilər, ölümə getdilər, ancaq bir addım belə geri çəkilmədilər. Sonda bu istehkamları və ermənilərin canlı qüvvələrini, hərbi texnikalarını darmadağın etdilər.  Azərbaycan Ordusu məhz bu ərazilərdə ilk şəhidini verdi. 44 gün ərzində Azərbaycan əsgəri yorulmadan irəli gedirdi, düşməni məhv edir, diz çökdürürdü. Azərbaycan əsgəri öz əsgər yoldaşının şəhid olmasından sınmadı, əksinə daha böyük cəsarətlə düşmən üzərinə yeridi. Hər zaman olduğu kimi, 44 gün ərzində də Azərbaycan xalqı öz Prezidentinin ətrafında bir yumruq kimi birləşdi, ordumuza arxa, dayaq oldu. Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitləri də bu sarsılmaz birlikdən ruhlanaraq böyük Zəfərə imza atdılar. Bu birliyin, bu gücün qarşısında nə Ermənistan, nə də onun havadarları dayana bilməz.