Xəbərlər
Bakıda Azərbaycan-Səudiyyə Ərəbistanı biznes-forumu keçiriləcək
Mayın 15-də Bakıda Azərbaycan-Səudiyyə Ərəbistanı biznes-forumu keçiriləcək.
Biznes forum Səudiyyə Ərəbistanı Krallığının ticarət və sənaye naziri Tavfig Favzan Alrabiahın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində baş tutacaq.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun bildiriblər ki, İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, AZPROMO-nun təşkilatçılığı ilə keçiriləcək biznes forumda iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 100-dən artıq Səudiyyə Ərəbistanı şirkətinin iştirakı nəzərdə tutulur.