YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidin anım günü qeyd olunub

Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Xocavənd rayonu Əmirallar kənd sakini Balakişiyev Qara Əmirxan oğlunun anım günü qeyd olunub.

Yeni Azərbaycan Partiyası (YAP) Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov və təşkilat əməkdaşları, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, şəhid ailələrinin üzvləri, I və II Qarabağ müharibəsi iştirakçıları, veteranlar və ictimaiyyət nümayəndələri Beyləqan rayonu ərazisindəki Xocavənd qəsəbəsində yerləşən Şəhidlər xiyabanında şəhidin məzarını ziyarət edib, önünə tər güllər düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunub, xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər igid oğullarımızın döyüşlərdə göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən danışıblar.

Qeyd edək ki, Qara Balakişiyev Vətən müharibəsinin ilk günü - 2020-ci il sentyabrın 27-də şəhidlik zirvəsinə ucalıb.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə o, ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “İgidliyə görə”, “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.