YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dünya dəyişir və biz özümüzü xarici amillərdən qorumalıyıq

44 günlük Vətən müharibəsi tariximizə şanlı Zəfər kimi yazıldı. Biz bununla tarixi ədaləti bərpa etdik. Vətən uğrunda canlarından keçən şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik.

Bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova sentyabrın 28-də Azərbaycan Beyin Mərkəzlərinin I Forumunda deyib.

Səadət Yusifova bildirib ki, hazırda dünyada gərgin proseslər baş verir, problemlər meydana çıxır. Bu kontekstdə beyin mərkəzləri fəaliyyətini artırır.

"Beyin mərkəzlərinin dövlətçiliyin idarə olunması, dövlətlə cəmiyyət arasında körpü rolunu oynayır. Onlar həm də qlobal siyasi oyunçulara çevrilir. Hadisələr göstərir ki, gərgin, qlobal problemlər fonunda sabit qalan məsələ milli maraqlardır. Dünya dəyişir və biz özümüzü xarici amillərdən qorumalıyıq. Dövlətimizin başçısının qeyd etdiyi kimi, ədalət gücə əsaslanır", - deyə S.Yusifova əlavə edib.