YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Qarabağ Azərbaycandır!”

Azərbaycanın Türkiyədəki səfirliyi 27 Sentyabr - Anım Günü ilə əlaqədar Ankara şəhərində mərasim təşkil edib.

Mərasim Türkiyə Prezident Administrasiyasının Simfonik Orkestrinin binasında “Qarabağ Azərbaycandır!” şüarı ilə keçirilib.

Əvvəlcə Vətənimizin bütövlüyü uğrunda canlarını fəda edən xalqımızın qəhrəman övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Sənədli film və fotosərgi nümayiş olunub, çıxışlar dinlənilib.

Anım mərasimi bədii proqramla davam edib.