YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Anım Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib

Qubadlı Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Qubadlı rayon təşkilatının birgə təşkilatçılığı ilə II Fəxri Xiyabanda, daha sonra Sumqayıt Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidlərinin Anım Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib.

Anım tədbirlərində RİH başçısı Malik İsaqov, YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov və təşkilat nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri, “Cümə” məscidinin axundu Hacı Rauf, partiya fəalları, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, din xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə II Fəxri Xiyabanda torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş Vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Qubadlı rayonundan İkinci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olmuş Vətən Müharibəsi Qəhrəmanı polkovnik-leytenant Qasımov Faiq Qaçay oğlu, Milli Qəhrəman, şəhid polkovnik Həmidov Şükür Nəriman oğlu, mayor Alıyev Elçin Bayram oğlu, Vətən Müharibəsi Qəhrəmanı mayor Ağayev Vüqar Əhməd oğlu və mayor Əsgərov Rüfət Mürvət oğlunun məzarları ziyarət olunub, önünə əklil və gül dəstələri qoyulub, ruhlarına dualar oxunub.

Tədbirdə çıxış edən Qubadlı RİH başçısı Malik İsaqov bildirib ki, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabr tarixinin - Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında “Anım Günü” kimi qeyd olunması ilə bağlı Sərəncam imzalayıb. 44 günlük müharibə nəticəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa edib. Xalqın birliyi və ədalətli mövqeyi “dəmir yumruq”da birləşərək işğalçıya sarsıdıcı zərbə vurub.

Azərbaycanın Milli Qəhrəmanı şəhid polkovnik Şükür Həmidovun atası Nəriman Həmidov və Vətən Müharibəsi Qəhrəmanı şəhid polkovnik-leytenant Faiq Qasımovun qardaşı Gəray Qasımov göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Daha sonra Sumqayıtın Şəhidlər xiyabanında qəhrəman Vətən övladlarının Rəhimli Orxan Elxan oğlu, Abışov Sirac Abış oğlu, Həsənzadə Məhəmmədəli Hörmət oğlu, Allahverdiyev Vüsal Tahir oğlu, İsgəndərov İlkin Camal oğlu, Məhərrəmov Ülvi Tahir oğlu və Mustafayev Rüfət Zöhrab oğlunun məzarları ziyarət olunub.

Sonda Sumqayıtda yerləşən istirahət parkında Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq ağacəkmə aksiyası keçirilib.