YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Astara şəhidlərini anır

27 Sentyabr - Vətən müharibəsinin ikinci ildönümünü Astara rayonunda silsilə tədbirlərlə qeyd olunub.

Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, təşkilat və müəssisələrinin kollektivləri, şəhid ailələri və rayon sakinləri tərəfindən Şəhidlər xiyabanı ziyarət olunub, məzarları üzərinə tər çiçəklər düzülüb.

27 Sentyabr - Anım Günü ilə əlaqədar rayon rəsmiləri rayonun ayrı-ayrı kəndlərində dəfn olunan şəhidlərin məzarlarını ziyarət ediblər.

Mərasim iştirakçıları həmçinin Vətən müharibəsinin ilk günü şəhid olan Kapitan Hüseynov Şahnur, MAHHX Qeybiyev Arif və Kazımov İlkinin şəhidlik zirvəsinə ucalmalarının 2 ili münasibətilə ailələrinə baş çəkib, məzarlarını ziyarət edib və üzərinə tər güllər düzülüblər.

Allah şəhidlərimizə rəhmət eləsin.