YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Anım günü şəhidlərimizin əbədi xatirəsi və xalqımızın şərəf simvoludur

Əli Hüseynli

Milli Məclisin deputatı

Bu günlərdə Azərbaycanın bütün bölgələrində şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunur. Müqəddəs and yerimiz, qürur mənbəyimiz olan şəhidlərimiz minnətdarlıq duyğuları ilə yada salınır, xatirələrinə dərin ehtiram ifdə olunur.

2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq əks-hücum əməliyyatına başlayan Azərbaycan Silahlı Qüvvələri öz tarixi missiyasını şərəflə yerinə yetirərək Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı düşmən tapdağından azad etdi. Cəmi 44 gün davam edən  Vətən müharibəsi Azərbaycan tarixinə Prezident İlham Əliyevin fövqəladə sərkərdəlik, idarəçilik və liderlik keyfiyyətlərinin, qətiyyətinin, xalqımızın milli həmrəyliyinin, ordumuzun əzmkarlığının və yüksək döyüş qabiliyyətinin nəticəsi kimi həkk olundu. Şübhə yoxdur ki, torpaqlarımızın işğaldan azad olunmasının təmin edilməsi, Ermənistanın işğal siyasətinə son qoyulması ik növbədə xalqımızı tarixi Zəfər yoluna çıxaran məhz bu amillər hesabına başa gəldi.

Bu müqəddəs savaşda qazandığımız qələbə Ulu öndər Heydər Əliyevlə başlanan və onun tarixi vəsiyyətini ləyaqətlə yerinə yetirən cənab İlham Əliyevin rəhbərliyi ilə davam edən siyasi kursun məntiqi nəticəsi, eyni zamanda dövlətimizin və xalqımızın milli maraqlarını qətiyyətlə təmin etməsinin ən möhtəşəm və tarixi təsdiqidir. Dövlətlərin və xalqların öz milli hüquqları, torpaqlarının azadlığı uğrunda mübarizələri, işğalçıya qarşı aparılan savaşlar qansız,-qadasız, qurbansız ötüşmür. 44 günlük mücadilədə milliyətindən, vəzifəsindən, rütbəsindən asılı olmayaraq döyüşən bütün hərbçilərimiz - əsgər və zabitlərimiz möhtəşəm hünər və vətənpərvərlik nümunələri yaratdılar. Xalqımızın qəhrəmanlıq tarixini öz rəşadətləri ilə zənginləşdirən igidlərimiz bu savaşda öz canlarını fəda edərək torpaqlarımızın azadlığı uğrunda müqəddəs şəhidlik zirvəsinə yükəldilər. Onların hər biri hərbi əməliyyatlar zamanı şəxsi nümunələri ilə qələbənin qazanılmasına layiqli töhfələr verdi. 

Bu müharibə ilk gündən ölkədə həyata keçirilən gənclər siyasətinin möhtəşəm təcəssümü oldu. Belə ki, qazanılan parlaq zəfərin təməlində dayanan əsas amillərdən biri Azərbaycan gənclərinin vətənə, torpağa bağlılığı oldu. Ulu Öndər Heydər Əliyevin müəlllifi olduğu, Prezident İlham  Əliyevin layiqincə davam etdirdyi dövlət gənclər siyasətinin nəticəsi kimi gənclərimizin vətənpərvər ruhda yetişməsi torpaqlarımızın azad edilməsində öz sözünü dedi.
Azərbaycan xalqı öz şəhidlərinin əziz xatirəsini hər zaman uca tutur, ehtiramla anır. Prezident İlham Əliyevin Sərəncamı ilə sentyabr ayının 27-nin respublikamızda Anım günü kimi qeyd edilməsi Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, bayrağımızı işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlamətidir.

Hər dəfə tarixi Zəfərdən söz düşərkən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini ehtiramla yad edir. Məhz onun göstərişlərinə əsasən şəhid ailələri və qazilər hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşlar. Azərbaycan ictimaiyyəti onlar qarşısında mənəvi borcunu hər an diqqətdə saxlayır. Ona görə də bu gün şəhidlərimizin ruhu rahatdır, çünki onların əmanət qoyub getdikləri doğmalarının yanında qüdrətli Azərbaycan dövləti var . 2020-ci ilin noyabrın 10-da Vətən müharibəsinin qələbə ilə başa çatması ilə əlaqədar xalqı müraciətində dövlətimizin Ali Baş Komandanımız şəhidlərin ruhuna dərin ehtiramını ifadə edərək demişdir: “Şəhidlərin ruhu qarşısında baş əyirəm… Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torplaqlarımıza qayıdırıq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsünlər, onların sağalması üçün də əlimizdən gələni edirik və edəcəyik. Biz bu Qələbəyə görə onlara borcluyuq”. Təsadüfi deyil ki, məhz bu gün – sentyabrın 27-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna səfər edərək Vətən müharibəsində ilk şəhidlərin verildiyi məkanda yerləşən Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önünə gül dəstələri qoyublar.

Bugünkü şərəf və ləyaqət anını bizlərə yaşadan şəhidlərimizin müqəddəs ruhları qarşısında mənəvi borc olaraq sarsılmaz dayaqlar üzərində formalaşan xalq-Prezident-ordu birliyi, yeni siyasi konfiqurasiya üzərində təşəkkül tapan sarsılmaz həmrəylik və ölkə rəhbərliyinin qətiyyəti, yenilməz iradəsi üzərindən həyata keçiriilən sülhsevər siyasi kurs Azərbaycan xalqını dinc quruculuq şəraitində yeni möhtəşəm uğurlara kökləməkdədir.