YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlərin xatirəsinə inşa olunan abidə kompleksinin açılışı olub

27 sentyabr - Anım Günündə Nizami Rayon İcra Hakimiyyəti və Missiya Media Qrupunun birgə dəstəyi ilə Vətən müharibəsi şəhidlərinin xatirəsinə inşa olunan abidə kompleksinin açılışı olub.

Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Mərasimdə Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputatları Sədaqət Vəliyeva, Rasim Musabəyov Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov, Vətən Müharibəsi Qəhrəmanı şəhid Azad Hümbətovun atası Arif Hümbətov, qazi Kamil Duniyev, Missiya Media qrupunun baş redaktoru Nicat Dağlar və başqaları çıxış ediblər.

Bildirilib ki, xalqımızın tarixinə qızıl hərflərlə yazılmış Vətən müharibəsinin başlanmasından iki il ötür. Otuz ilə yaxın işğal altında qalan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilib. Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin xatirəsini uca tutur. Əbədiyyətə qovuşan şəhidlərimiz öz adlarını Azərbaycan xalqının şanlı tarixinə əbədi yazdırıb.

Çıxışlardan sonra şəhidlərin xatirəsinə həsr olunmuş kompozisiya nümayiş olunub, şeirlər səsləndirilib, rayon ictimaiyyəti adından abidə kompleksi önünə əklillər və gül dəstələri qoyulub.

Sonda Anım Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.

Daha sonra mərasim iştirakçıları Keşlə qəsəbəsində Şəhidlər xiyabanını ziyarət edib, qəhrəman şəhidlərimizin ruhlarına dualar oxuyublar.

Saat 12:00-da isə şəhid əsgər və zabitlərimizin ruhları qarşısında baş əyib, onların xatirəsini dərin ehtiram əlaməti olaraq bir dəqiqəlik sükutla yad ediblər.