YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti: Ölkəmizin artan gücü müstəqilliyimizin, rahat həyatımızın qarantıdır

Bu gün şəhidlərimizin əziz xatirəsini yad edərək, bir daha hər birimiz özünə söz verməlidir, vəd verməlidir, and içməlidir ki, biz müstəqilliyimizin keşiyində əbədi duracağıq, biz ərazi bütövlüyümüzün keşiyində əbədi duracağıq.

Bu fikri Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Füzuli rayonunun Qaraxanbəyli kəndində Anım Gününə həsr olunmuş xatirə lövhəsinin qarşısındakı çıxışında söyləyib.

Dövlətimizin başçısı deyib ki, düşməni bir daha baş qaldırmağa, bizim üçün təhdid yaratmağa qoymayacağıq.

“Əgər bunu görsək, dərhal hərəkətə keçəcəyik. Əminəm ki, buna ehtiyac olmayacaq. Çünki ölkəmizin artan gücü, o cümlədən hərbi gücü müstəqilliyimizin, rahat həyatımızın təminatçısıdır, onun qarantıdır”, - deyə Prezident İlham Əliyev vurğulayıb.