YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qazaxda Anım Günü qeyd olunub

Qazaxda 27 Sentyabr - Anım Günü ilə əlaqədar tədbir baş tutub.

Tədbir iştirakçıları əvvəlcə Qazax şəhərinin mərkəzindəki Şəhidlər xiyabanında Vətən oğullarının abidəsi önünə tər güllər düzüb, əziz xatirələrini ehtiramla yad ediblər.

YAP Qazax rayon təşkilatının inzibati binasında keçirilən tədbirdə əvvəlcə ulu öndər Heydər Əliyevin, həmçinin şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və digərləri bildiriblər ki, 44 günlük Vətən müharibəsində qazanılan Qələbə xalqımızın və Ordumuzun gücünü, milli birliyini, vəhdətini, mübarizliyini bütün dünyaya sübut etdi. Zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsindən az sonra respublikada Anım Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı tarixi bir sənəd olmaqla yanaşı, həm də şəhidlərimizin əziz xatirəsinə sonsuz ehtiramın bariz nümunəsidir.

Sonda Qazax rayon Gənclər İnkişaf Mərkəzinin şagirdləri vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiya nümayiş ediblər.