YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəmkirdə Anım Günü qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatında 27 Sentyabr - Anım Günü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, təşkilat əməkdaşları, ərazi partiya təşkilat sədrləri, partiya fəalları iştirak ediblər.

Əvvəlcə 44 günlük Vətən müharibəsində torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bildirib ki, haqq və şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən 44 günlük müharibədə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə xalqımız misilsiz əzm və iradə nümayiş etdirib, bir yumruq kimi birləşərək böyük Zəfər əldə edib.

Qeyd olunub ki, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev hər il 27 sentyabr tarixinin Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzalayıb. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir.

Şəmkir şəhər ərazi partiya təşkilatının sədri Pərviz İbrahimov və digərləri də Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açıblar.