YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İmişlidə Anım Günü ilə əlaqədar tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) İmişli rayon təşkilatının “C.Cabbarlı” ərazi partiya təşkilatında 27 Sentyabr - Anım Günü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və təşkilat nümayəndələri, şəhid ailələri, qazilər, rayon ziyalıları, partiya fəalları iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb və 44 günlük Vətən müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev bildirib ki, haqq və şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın müdrik rəhbərliyi ilə xalqımız misilsiz əzm və iradə nümayiş etdirib və bir yumruq kimi birləşərək böyük Zəfər əldə edib.

Çıxış edən “C.Cabbarlı” ərazi partiya təşkilatının sədri Hürü Şirinova Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan bəhs edib.

Şəhid ailələri Azərbaycan xalqının bu tarixi uğura görə qəhrəman şəhidlərimizə, qazilərimizə və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə borclu olduğunu söyləyib.

Sonda məktəblilər şəhidlərə, orduya, vətənə həsr edilmiş şeirlər söyləyiblər.