YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qələbəmiz qürur mənbəyimizdir

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri

İki ilə yaxındır ki, tarixi Zəfərimizin sevincini yaşayırıq. Dünyaya səs salan bu möhtəşəm Qələbəmiz Azərbaycanın malik olduğu bütün imkanları, ən əsası müstəqilliyimizin, ərazi bütövlüyümüzün, suverenliyimizin qarantı olan Ordumuzun gücünü, qüdrətini, döyüş ruhunu dünyaya nümayiş etdirdi. Silahlı Qüvvələrimiz hansı imkanlara malik olduğunu hələ 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin “Günnüt” əməliyyatında göstərmişdi. Amma düşmən bu dərslərdən nəticə çıxarmadı, təxribatlarını davam etdirərək münaqişənin sülh danışıqları  əsasında nizamlanmasında maraqlı olmadığını açıq-aşkar büruzə verdi. 27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdən ərazilərimizi raket atəşinə tutması dövlətimizin, xalqımızın səbir kasasını doldurdu. Müzəffər Ali Baş Komandanın “Hücum!” əmrini alan Ordumuz “Dəmir yumruq” əməliyyatı kimi dünyaya səs salan, tarixi Zəfərimizə yol açan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən bu müharibə nəticəsində erməni silahlı qüvvələri diz şökdü, ermənilərin illərdir yaratdıqları “məğlubedilməz ordu” mifi tamamilə dağıdıldı. Mənfur düşmənin himayədarlarının dəstəyi ilə qurduqları istehkamlar, ən yüksək texnika ilə təchiz olunmaları onların torpaqlarımızı sülh danışıqları yolu ilə qaytarmaq fikrində olmadıqlarını bir daha təsdiqlədi. Rəşadətli Azərbaycan Ordusu bu istehkamları dağıtdı, erməni silahlı qüvvələrinin hərbi texnikasını məhv etdi, yaxud qənimət kimi götürdü, onları torpaqlarımızdan iti qovan kimi qovdu.

Qeyd etdiyimiz kimi, 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın bütün sahələrdə, ən əsası ordu quruculuğunda qazandığı uğurların təqdimatı oldu. Ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində 1993-2003-cü illərdə yaradılan möhkəm təməl 2003-cü ildən sonra torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq dövrü kimi xarakterizə olunan mərhələdə cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha möhtəşəm uğurlara imza atmasına yol açdı. Azərbaycan Ordusu döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir.  Cənubi Qafqazın ən qüdrətli ordusudur. Ötən illər ərzində ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi, Silahlı Qüvvələrdə aparılan islahatlar və müşahidə etdiyimiz keyfiyyət dəyişiklikləri Müzəffər Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu sahəsində apardığı məqsədyönlü işlərin nəticəsidir. Hər zaman çıxışlarında Silahlı Qüvvələrimizin qazandığı tarixi Qələbədən geniş bəhs edən Müzəffər Ali Baş Komandan İlham Əliyev “Əlbəttə ki, ordu quruculuğu hazırlığı da əsas məsələlərdən biri idi və bizim şanlı Qələbəmiz hər şeyi özü deyir” söyləyərək bildirir ki, bütün bu hazırlıq istiqamətləri nəticədə bir nöqtədə birləşdi – 44 günlük müharibədə və bizim tarixi Qələbəmiz bizim qürur mənbəyimizdir. Bundan sonra əsrlərboyu Azərbaycan xalqı bu Qələbəni öz ürəyində, qəlbində yaşadacaq. Çoxəsrlik Azərbaycan tarixində buna oxşar parlaq Qələbə və mütləq Qələbə olmamışdır.

Ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi dövlət siyasətinin əsasını təşkil edir. Təkcə keçirilən təlimlərə, hərbi sahədə əməkdaşlığın genişləndirilməsi üçün səylərin artırılmasına diqqət yetirmək kifayətdir. Belə ki, müxtəlif dövrlərdə Türkiyə ilə birgə keçirilmiş hərbi təlimlər sayəsində Azərbaycan Ordusunun təcrübəsi və taktik manevr etmə səriştəsi əsaslı şəkildə artmışdır. Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir. İkinci Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. Bəzi aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər.

Bugünümüzün reallıqları bir daha təsdiqləyir ki, Azərbaycan Ordusu 44 günlük İkinci Qarabağ  müharibəsində qazandığı şanlı Qələbə ilə kifayətlənməyərək daha da möhkəmlənməyə, qüdrətlənməyə, döyüş qabilyyətini artırmağa, maddi-texniki bazasını gücləndirməyə   səy göstərir. Bu, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin prioritetləri açıqlayarkən qarşıya qoyduğu əsas hədəflərdəndir. Azərbaycan ordusu ərazi bütövlüyümüzə, süverenliyimizə qarşı yönələn  bütün addımların qarşısını qətiyyətlə alır və alacaq. “Dəmir yumruğ”un davamı olan “Qisas” və “Qətiyyətli cavab” əməliyyatları bunun təsdiqidir.