YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qələbədən sonra: daha güclü, daha qürurlu Azərbaycan!

Vahid Əliyev

YAP Xocalı rayon təşkilatının sədri

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsinə dair dünyanın müxtəlif güc mərkəzlərinin, o cümlədən Moskvanın dəstəyini alan ermənilər, 1987-ci ilin ikinci yarısından etibarən (Ulu Öndər Heydər Əliyevin siyasi bürodan uzaqlaşdırılmasından dərhal sonra ) əvəlcədən hazırlanmış bir qrup ermənini keçmiş  Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisinə göndərilərək millətlərarası münasibəti gərginləşdirmək istiqamətində fəal iş aparmağa başladı. Qarabağda cərəyan edən hadisələr həmin dövrlərdə  Azərbaycanda hakimiyyətdə olmuş şəxslərin yarıtmazlığı, xalqın və dövlətin taleyinə biganəliyi, hakimiyyətlərini qorumaq üçün Moskvanın tapşırıqlarına sözsüz əməl etmələri, ermənilər üçün “münbit” şərait yaratdı.  Bunun nəticəsində də ermənilər bir-birinin ardınca ərazilərimizi işğal etdi və bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü.

1993-cü ildə Ulu Öndər Heydər Əliyev  Azərbaycanda siyasi hakimiyyətə qayıtdıqdan sonra dövlət quruculuğuna başladı. Ümummilli Lider Heydər Əliyevin böyük dövlətçilik təcrübəsi, qətiyyətli  və düzgün qərarvermə  bacarığı, dünya miqyasında malik olduğu nüfuzu, xalqına sonsuz məhəbbəti və xalqımız tərəfindən hədsiz sevilməsi hesabına Azərbaycan düçar edildiyi bəlalardan  xilas edildi. Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyəti dönəmində müstəqil Azərbaycanın monalit təməli  qoyuldu və ilbəil möhkəmləndirilərək, dönməzliyi təmin edildi. 2003-cü ildə Preziden İlham Əliyev siyasi hakimiyyətə gəldikdən sonra  müasir dövrün reallıqları  nəzərə alınaraq Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirdi. Prezident İlham Əliyev bütün sahələri əhatə edən Dövlət Proqramlarını təsdiq edərək Azərbaycanın xarici simasını dəyişdirdi. Demək olar ki, Azərbaycan  yenidən inşa edildi. Əhalinin ən həssas təbəqələrindən olan qaçqın və məcburi köçkünlərin problemlərinin həlli daimi diqqət mərkəzində saxlanıldı. Prezident İlham Əliyevin 04 iyul 2004-cü il tarixli   298 saylı Sərəncamı ilə “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması  və məşğulluğunun  artırılması  üzrə Dövlət Proqramına”, 2007, 2011-ci illərdə edilmiş  Əlavələri təsdiq edildi. Prezident İlham Əliyev Dövlət Proqramının icrasını nəzarətdə saxlamaqla yüz minlərlə qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasına nail oldu.  Qaçqın və məcburi köçkünlərin ən böyük arzusu işğal altında qalan torpaqlarımızın düşmən əsarətindən xilas edilməsi, onların doğulub, boya –başa çatdıqları  doğma yurd yerlərinə  qayıtması olduğunu Prezident İlham Əliyev yaxşı bilirdi. Bunun üçün diplomatik kanallarla fəal iş aparmaqla yanaşı, bu işə məsul olan Minsk Qrupunun niyyətinin torpaqları azad etmək yox, tənzimləmə adı altında zaman qazanaraq, həmin ərazilərdə daha çox ayrı-ayrı yerlərdən gətirilmiş ermənilər hesabına məskunlaşdırmaq üçün vaxt qazandırmaq və sonda Azərbaycan əhalisini məğlubiyyətlə barışmaq olduğunu yaxşı bilən Prezident İlham Əliyev  yeni həll variantını seçdi ki,  bu da hərbi  siyasi həll variantı idi. Prezident ilham Əliyev hərbi yolla məsələnin həllini əsaslandırmaq üçün diplomatik yollardan istifadə edərək hüqüqi baza yaratdı. Paralel olaraq ordu quruculuğunu  öz nəzarətinə götürdü. Müasir silah və sürsata sahib, ən yüksək fiziki hazırlığa və peşakarlığa sahib Milli Ordunu formalaşdırdı.

Ermənistanın 2020-ci ilin iyulunda Tovuzda həmin ilin sentyabr ayının 27-də Qarabağda cəbhə xəttində törətdiyi təxribatlara cavab olaraq Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Orduya hücum əmrini verdi və döyüş əməliyyatlarına şəxsən özü rəhbərlik etdi. Cəmi 44 gün ərzində, özlərini qalib ordu kimi təqdim edən Ermənistan ordusu darmadağın edildi, torpaqlarımız işğaldan azad olundu, Ermənistan diz çökərək kapitulyasiya aktına qol çəkərək, üzərinə öhdəliklər götürmək məcburiyyətində qaldı. Beləliklə xalqımız 200 illik məğlubiyyət sindiromundan xilas oldu və nahayət ki, Qələbə sevincini yaşadı. Xalqımıza bu sevincli anları yaşadan Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti və sərkərdəlik məharəti, Ordumuzun qüdrəti və xalqımızın Prezident İlham Əliyevin ətrafında sıx birliyi oldu. Bizim bu gün də həmin birliyə daha böyük ehtiyacımız var.

Prezident İlham Əliyevin qətiyyəti hesabına qazanılmış bu möhtəşəm Qələbə daha ötkəm, daha qürurlu Azərbaycan yaratdı. İllər ötəcək, əsrlər keçəcək 44 günlük Vətən müharibəsi tariximizdə əbədi qalacaq.

Artıq nə Vətən həsrəti, nə də yurd yerlərindən didərgin düşmüş qaçqın,   məcburi köçkün ordusu var. Tikilən, yenidən qurulan Vətən torpaqlarına qayıdış günlərini səbərsizliklə gözləyən soydaşlarımız var ki, bu arzularımız da tezliklə reallaşacaq. Nə etmək olar, Vətən torpaqlarının azad edilməsi itkisiz mümkün deyil. Torpaqlarımızın azadlığı uğrunda şəhid olanların  müqəddəs ruhları qarşısında baş əyir, Allahdan onlara rəhmət diləyir, sağlamlıqlarını itirmiş qazilərimizə  Allahdan şəfa diləyirik, şəhidlərimizin əzizlərinə, doğmalarına və yaxınlarına səbr arzulayıram.  Prezident İlham Əliyev şəhidlərimizə ehtiram  əlaməti olaraq 27 sentyabr gününü “Anım Günü”kimi rəsmiləşdirilmişdir.  İllər keçəcək,  hər il 27 sentyabr “Anım Günü”olaraq hər il qeyd ediləcək.