YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan hökumətinə və xalqına minnətdarlıq...

İndoneziya Prezidenti Coko Vidodo İndoneziya Respublikası ilə Azərbaycan Respublikası arasında qurulan diplomatik əlaqələrin 30-cu ildönümü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Prezident Coko Vidodo təbrik məktubunda İndoneziyanın ölkəmizlə müxtəlif sahələrdə ikitərəfli əlaqələrin genişlənməsinə verdiyi önəmi bir daha vurğulayıb.

Təbrikdə deyilir: “Ümidvaram ki, müxtəlif beynəlxalq forumlarda Azərbaycanla sıx əməkdaşlığı davam etdirəcəyik. Eyni zamanda, qlobal çağırışların hökm sürdüyü bir vaxtda hökumətlərimiz xalqlarımızın rifahı naminə ərzaq və enerji təhlükəsizliyini daha yaxşı təmin etmək üçün əməkdaşlığı bundan sonra daha da inkişaf etdirməlidir”.

İndoneziya Prezidenti son 30 il ərzində sürətlə inkişaf edən əməkdaşlığa və möhkəmlənən dostluğa görə Azərbaycan hökumətinə və xalqına dərin minnətdarlığını bildirib.