YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərin bərpası ilə bağlı səsləndirdiyi bütün fikirləri reallığa çevirməkdədir

“Ölkəmizdə iqtisadi, sosial sahələrin inkşafı ilə yanaşı işğaldan azad olunmuş ərazilərin bərpası məsələsi də prioritet sahələrdəndir. İşğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işlərinin həyata keçirilməsi dövlətimizin və birbaşa Prezident İlham Əliyevin diqqət mərkəzindədir.  Ali Baş Komandanımız cənab İlham Əliyevin işğaldan azad olunmuş ərazilərimizə hər bir səfəri xoş bir ənənə halına alan və vətəndaşlarımız tərəfindən böyük maraq, sevinc və qürurla qarşılanan tarixi hadisəyə çevrilir.

Sentyabrın 21-də Prezident İlham Əliyevin növbəti dəfə Laçın rayonuna səfər  etdi. Səfər çərçivəsində Prezident İlham Əliyev Laçın şəhərində Azərbaycan bayrağını ucaltdı. Əlbətdə hər bir Azərbaycan vətəndaşının qürur hissi ilə izlədiyi bu anlar böyük bir hadisə kimi tarixə həkk oldu. Ali Baş Komandanımız İlham Əliyev çıxışı zamanı Ermənistana və Ermənistandakı revanşist qüvvələrə lazımi mesajlar verdi. Erməni təribatlarına toxunan Prezident İlham Əliyev növbəti dəfə bəyan etdi ki, qüdrtəli Azərbaycan Ordusu Ermənistan tərəfinin törətdiyi istənilən təxribatın qarşısını layiqincə alaraq onları yerinə oturdacaq.

Laçın şəhərinin böyük hissəsinin tamamilə viran qoyulduğunu, dağıdıldığını, bəzi yerlərdə qanunsuz məskunlaşma aparıldığını qeyd edən Prezident İlham Əliyev, dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların, o cümlədən Minsk qrupunun həmsədrlərinin bütün bunlara sadəcə olaraq göz yumduğunu qeyd etdi. Bəli,  Prezident İlham Əliyevin dediyi kimi ölkəmizə qarşı ədalətsizliyə baxmayaraq  Azərbaycan təkbaşına özü ədaləti bərpa etdi. 

Çıxışı zamanı Ali Baş Komandanımız  “Biz şəhidlərimizin canı, qanı bahasına, qəhrəman əsgər və zabitlərimizin fədakarlığı sayəsində bu gün bu torpaqlardayıq” deməsi ölkə başçımızın və Azərbaycan dövlətinin şəhidlərimizə və Şanlı Azərbaycan ordusunun əsgər və zabitlərinə olan diqqətinin göstəricisidir. Prezident İlham Əliyevin şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğı dünya ölkələrinə əsl nümunədir.

Laçına səfəri çərçivəsində Prezident İlham Əliyev Laçınlılara tarixi müjdə xəbərini də vermiş oldu. Belə ki, ölkəmizin başçısının “Laçınlıların birinci qrupunun Laçın şəhərinə gələn ilin sonuna qədər qayıda bilərlər” deməsi bütün xalqımızın xüsusəndə Laçınlıların böyük sevincinə səbəb oldu.” Bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, bu gün dünyada siyasi kataklizmin yaşandığı bir dövrdə ölkəmizdə hər bir sahədə inkşaf hökm sürməklə yanaşı işğaldan azad olunmuş ərazilərimizdə sürətli bərpa-quruculuq işləri həyata keçirilir: “Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik və uzaqgörən siyasət nəticəsində Azərbaycan dünyada baş verən qeyri-sabit proseslərin mənfi təsirlərindən tam kənardadır. Verdiyi bütün vədləri tamlıqla yerinə yetirən Prezident İlham Əliyev, bu gün, işğaldan azad olunmuş ərazilərin bərpası ilə bağlı səsləndirdiyi bütün fikirləri reallığa çevirməkdədir.”