YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdaş rayonununda şəhid Xəqan Qurbanovun ailəsi ziyarət olunub

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov, rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə və   bir qrup partiya fəalı rayonun Abad kəndində 12-13 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatların qarşısını alarkən döyüş əməliyyatları zamanı qəhrəmancasına şəhid olan Silahlı Qüvvələrin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Qurbanov Xəqan Daşqın oğlunun hüzr mərasiminin 7-ci günündə iştirak ediblər.

Mərasim iştirakçıları şəhid Xəqan Qurbanovun valideynlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, ruhuna dualar oxuyub, əziz xatirəsini yad ediblər. Şəhidin  keçdiyi döyüş yolundan geniş söhbət açıblar.

Şəhid ailəsi göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!