YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın mövqeyi məlum və dəyişməzdir

Yaponiyanın “ajmedia.jp” portalı ABŞ dövlət katibi Entoni Blinkenin təşəbbüsü və iştirakı ilə keçirilən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-York görüşü barədə məlumatlar yayıb.

Yapon və ingilis dillərində yayılan məlumatlarda sentyabrın 19-da BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistannın xarici işlər naziri Ararat Mirzoyan arasında keçirilən görüş əksini tapıb.

Görüşdə nazir Ceyhun Bayramovun postmünaqişə dövründə bölgədə sülhün təmin olunması istiqamətində zəruri addımlar barədə Azərbaycanın mövqeyini diqqətə çatdırdığı qeyd edilib. Bildirilib ki, sentyabrın 12-14-də Ermənistan Azərbaycana qarşı təxribatlar həyata keçirməklə toqquşmalara səbəb olub, bir neçə saat ərzində əldə edilmiş ilkin atəşkəs məhz Ermənistan tərəfindən pozulub və bu, əlavə itkilərə yol açıb. Nazir Azərbaycanın bölgədə genişmiqyaslı yenidənqurma işləri həyata keçirən və məcburi köçkünləri bölgədə yerləşdirən tərəf kimi sabitliyin pozulmasında maraqlı olmadığını vurğulayıb.

Bildirilib ki, Azərbaycanın Ermənistanla münasibətlərin normallaşması prosesi, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası istiqamətlərində səy göstərməsinə baxmayaraq, Ermənistan bu proseslərə maneçilik törədir, üçtərəfli bəyanatlar çərçivəsində müəyyənləşən öhdəliklərini kobud şəkildə pozur.

Məlumatlarda ABŞ dövlət katibinin tərəfləri sülh danışıqlarının davam etdirilməsi üçün masa arxasına əyləşməyə və problemləri danışıqlar yolu ilə həll etməyə dəvət etdiyi də əksini tapıb.