YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidin xatirəsi anılıb

Biləsuvar rayonu Bağbanlar kəndindən olan Vətən müharibəsi şəhidi Əmənov Məhəmməd İltizam oğlunun doğum günündə xatirəsi ehtiramla yad edilib.

Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Biləsuvar Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdiri Zamiq Mənsimli və SHXÇDX-nın rayon şöbəsinin rəis müavini Vasif Rzayev şəhidin ailəsini ziyarət ediblər.

Ziyarətçilər şəhidin valideynlərinə başsağlığı verərək, belə qəhrəman övlad böyütdükləri üçün minnətdarlıqlarını bildiriblər.

Görüşdə şəhid Məhəmməd Əmənovun şərəfli həyat və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalmasından bəhs edilib. Şəhid ailəsinin qayğı və problemləri dinlənilib.

Daha sonra Bağbanlar kənd qəbiristanlığında şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.

Şəhidin atası İltizam Əmənov göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını ifadə edib.

Qeyd edək ki, 1996-cı il sentyabrın 18-də Biləsuvarda dünyaya göz açan Azərbaycan Silahlı Qüvvələrinin giziri şəhid Məhəmməd Əmənov 2020-ci il oktyabrın 20-də Ağdərə uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına əsasən şəhid Məhəmməd Əmənov ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medallarına layiq görülüb.