YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xainlərə qarşı barışmaz mövqe tutmalıyıq

Əlişah Rəcəbov

YAP Ağdaş rayon təşkilatının sədri

Sentyabrın 12-i erməni silahlı birləşmələrinin üzvləri gecə ikən ordumuzun təminat yollarını minalamış və ordumuzun mövqelərinə hücuma keçmişdilər.  Davamlı təxribatlar törədən Ermənistanın sonuncu təxribatlarının da qarşısı Müzəffər Ordumuz tərəfindən qətiyyətlə alındı. Çox maraqlıdır ki, düşmənin törətdiyi genişmiqyaslı təxribatların qarşısın alınmasından bir qrup marginal dəstə narahat olmağa başladı. Hadisələrin gedişatı göstərdi ki, bunlar anti-Azərbaycan dairələr tərəfindən sifariş yerinə yetirməklə məğul olurlar. Həmin xainləri hər kəs tanımalı və onlara qarşı barışmaz mövqedə olmalıdır. Bunlar Əli Kərimli, Tofiq Yaqublu, Cəmil Həsənli, Qənimət Zahid, Sevinc Osmanqızı, Gültəkin Hacıbəyli, Bəxtiyar Hacıyev, Tural Sadıqlı, Məhəmməd Mirzəli və başqalardır.

Bu adamların hərəkətləri birmənalı olaraq təsdiq edir ki, onlar erməni lobbisinə nökərçilik etməklə məşğuldurlar. Heç adam öz ölkəsinin ordusunu “təcavüzkar ordu” adlandırar və ya təxribatda illərin düşmənini deyil, öz ordusunu, öz ölkəsinin rəhbərliyini günahkar çıxarmağa çalışar? Əlbəttə ki, yox! Bunu edənlər isə ancaq və ancaq satılmışlar, xainlər ola bilər! Bu isə Azərbaycana qarşı xəyanətdən başqa bir şey deyil! Belələrinin isə azərbaycanlı olması özü şübhəli məsələdir. Adıkeçənlərin hər biri istənilən cəhdlə cəmiyyətdə, insanlar arasında çaşqınlıq yaratmağa çalışır, bunun üçün hansı iyrənc oyunlara əl atmrlar. Bu şəxslər anlamalıdırlar ki, sifariş yerinə yetirmək siyasət hesab olunmur.

Hər kəs bilməlidir ki, Azərbaycan öz ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizə aparır. Ölkməmiz beynəlxalq hüquq müstəvisində tanınan dövlət sərhədlərinin bərpasında maraqlıdır. Azərbaycanın Ermənistandan fərqli olaraq heç bir ölkəyə qarşı ərazi iddiaları yoxdur. Təəssüflər olsun ki, anti-Azərbaycan dairələr bəzi anti-milli ünsürləri ələ alaraq çirkin planlarını həyata keçirməyə çalışır. Biz isə xalq, millət olaraq sözügedən xainlərə qarşı barışmaz mövqe tutmalı, hər an onların cavabını verməliyik. İmkan verə bilmərik ki, bu xain satqınlar maddi və siyasi maraqları xatirinə Ordumuzun Zəfərinə, Müzəffər Ali Baş Komandanımızın uğurlu siyasətinə kölgə sala, şəhidlərimizin ruhunu incidə, şəhid ailələrinin hisləri ilə oynayalar.