YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Tour d’Azerbaidjan-2015” veloyürüşünə start verilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Tour d’Azerbaidjan-2015” veloyürüşünə mayın 6-da start verilib.

25 komandanın qatıldığı və beş mərhələdən ibarət yarışın ilk mərhələsi paytaxt Bakıdan başlayıb. Dövlət Bayrağı Meydanından start verilən turun ümumi uzunluğu 154 kilometr olan birinci mərhələsinə Sumqayıtda yekun vurulacaq. Bakıdan “Gənclik şəhəri”nə yollanan yürüş iştirakçıları burada şəhər marşrutu üzrə beş dövrə vurduqdan sonra qalibi müəyyənləşdirəcəklər.

Azərbaycanı nüfuzlu yürüşdə təmsil edən "Synergy Baku Cycling Project" kontinental komandasının rəqibləri içərisində 4 pro-kontinental, 15 kontinental və 4 milli komanda var. Bunlar Avstraliyanın "Drapac Professional Cycling", İtaliyanın "Androni Giocattoli", Rusiyanın "RUSVELO", ABŞ-ın "Team Novonordisk" (hamısı pro-kontinental) və "Airgas Safeway Cycling Team", Sloveniyanın "Adria-Mobil", İrlandiyanın "An Post-Chain Reaction", Lüksemburqun "LEOPARD Development Team", Çin Xalq Respublikasının "Giant-Champion System", Rumıniyanın "Tusnad", Almaniyanın "MLP Team Bergstrasse", Slovakiyanın "Banska Bystrica", Türkiyənin "Torku", Laosun "CCN Cycling Team", Avstriyanın "Hrinkow Advarics", Niderlandın "Parkhotel Valkenburg", Çexiyanın "Dukla Praha", Belarusun "MINSK", İsrailin "Cycling Academy Team", Portuqaliyanın "Team Tavira" klubları (hamısı kontinental), həmçinin Macarıstan, Estoniya, Yunanıstan və Qazaxıstanın milli komandalarıdır.

Nüfuzlu yarışda komandamız Elçin Əsədov, Maksim Averin, Samir Cəbrayılov, Matey Müqerli, Yannis Tamuridis və Aleksandr Surutkoviçlə təmsil olunur.

Sumqayıt turundan sonra iştirakçılar mayın 7-də Bakı-İsmayıllı (187 km), mayın 8-də Qəbələ-Şəki-Qəbələ (177 km), mayın 9-da Qəbələ-Mingəçevir (205 km) marşrutu üzrə hərəkət edəcəklər. Mayın 10-da təşkil olunacaq sonuncu mərhələ (144 km) isə paytaxt küçələrində baş tutacaq.